Britaniya Ukraynanı uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək

1-04-2022, 09:47           
Britaniya Ukraynanı uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək
Böyük Britaniya Ukraynanı uzaqmənzilli hava hücumundan müdafiə sistemləri və artilleriya ilə təmin edəcək.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Nazir deyib ki, ölkə müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı effektiv şəkildə müdafiə olunmaq üçün Ukraynanı daha çox öldürücü silahlarla təmin etməyə razılaşıb.

Yardıma hava və sahil mühafizə sistemləri, daha uzaqmənzilli artilleriya, maddi-texniki dəstək daxildir.

"Bugünkü donor konfransı beynəlxalq ictimaiyyətin Rusiyanın qeyri-qanuni və əsassız müdaxiləsi qarşısında Ukraynanın yanında olmaq əzmini nümayiş etdirir. Biz hərbi dəstəyi gücləndirmək üçün koordinasiyamızı gücləndiririk", - Uolles əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru