"Ukraynada hərbi münaqişə davam edəcək" - NATO rəsmisi

4-04-2022, 00:02           
"Ukraynada hərbi münaqişə davam edəcək" - NATO rəsmisi
"Ukraynada hərbi münaqişə hələ bitməyib". "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu alyansın baş katibinin müavini Mirça Coana Rumıniyanın Milli Müdafiə Nazirliyində ölkənin alyansa daxil olmasının 18-ci ildönümü - NATO Günü münasibətilə keçirilən mərasimdə deyib.

“Biz şərq cinahda və cənubda müharibənin intensivləşməsini gözləyirik ki, bu da bizə sülh yolu ilə nizamlanma üçün şəraiti hələ görməyə imkan vermir. Bizim qiymətləndirməmizə görə, münaqişə hələ də davam edir", - Mirça Coana qeyd edib.

Alyans rəsmisinin sözlərinə görə, Madriddə keçiriləcək sammitdə NATO-nun şərq cinahında daimi, güclü və balanslı mövcudluğu üçün strateji əhəmiyyət kəsb edən qərarlar qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru