Stoltenberq: “İsveç və Finlandiyanı istədikləri halda NATO-ya qəbul edə bilərik”

4-04-2022, 00:06           
Stoltenberq:
“NATO İsveç və Finlandiya istəklərini ifadə edərsə, onları nisbətən tez bir zamanda Şimali Atlantika alyansına qəbul edə bilərik”.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq CNN-ə açıqlamasında deyib.

“Bizim Finlandiyanın siyasi liderləri ilə, eləcə də İsveçlə yaxşı dialoqumuz var. Təbii ki, bu, onların öz ixtiyarındadır. Lakin onlar rəsmi müraciət edərlərsə, 30 NATO müttəfiqi tərəfindən təsdiqlənəcək. Biz onların təşkilata tez bir zamanda qəbulu üçün yollar tapacağıq”, – deyə baş katib vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru