“Kiyev Çinlə təhlükəsizlik qarantiyası barədə danışıqlar aparır” - Araxamiya

4-04-2022, 07:47           
“Kiyev Çinlə təhlükəsizlik qarantiyası barədə danışıqlar aparır” - Araxamiya
Kiyev Pekinlə təhlükəsizlik qarantiyası barədə danışıqlar aparır. Bu barədə Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya bəyan edib.

Xəbəri onun sosial şəbəkəsinə istinadla “RİA Novosti” yayıb.

“Çinlə dilomatik kanallarla danışıqlar gedir ki, o, Ukrayna üçün qarant ölkələrdənbiri olsun” – deyə, Araxamiya qeyd edib.

O göstərib ki, ÇXR ilə məsələ daha az işlənib, nəinki digər ölkələrlə.

Bundan əvvəl Araxamiya qeyd edib ki, Kiyev özünün təhlükəsizlik qarantiyası kimi BMT Təhlükəsizlik Şurasına üzv ölkələri və Türkiyəni, Almaniyanı, Kanadanı, İtaliyanı, Polşanı və İsraili görür.

Pekindən isə qeyd ediblər ki, Ukraynanın təhlükəsizliyinə qarant ölkələrdən biri olmaq üçün Çin Kiyevdən sifariş almayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru