"Vuçiç Serbiya prezident seçkilərinin birinci turunda liderdir" - “Exit poll”

4-04-2022, 07:53           
"Vuçiç Serbiya prezident seçkilərinin birinci turunda liderdir" - “Exit poll”
Serbiyada dünən keçirilən prezident seçkilərinin birinci turunda hazırkı prezident Aleksandar Vuçiç liderdir. “Report” xəbər verir ki, bunu seçkilərdə keçirilən “exit-poll”un nəticələri göstərir.

Məlumata görə, görə, o, 59,8 faiz səslə birincidir.

Sorğulara əsasən qeyd edilir ki, Serbiyada keçirilmiş parlament seçkilərində Vuçiçin rəhbərlik etdiyi “Biz birlikdə hər şeyi edə bilərik” koalisiyası liderlik edir.

Dünən Serbiyada növbəti prezident və növbədənkənar parlament seçkiləri keçirilib.

“Report” xəbər verir ki, eyni zamanda Respublikanın Seçki Komissiyası Belqradda, həmçinin Arandjelovas, Smederevska-Palanka, Luçani, Medveja, Knyajevas, Baina-Başta, Dolevas, Kula, Kladovo, Maydanpek, Seçan və Sevoyno bələdiyyələrində yerli seçkilər keçirilib.

Respublika Seçki Komissiyasının məlumatına görə, Serbiyada və xaricdə ümumilikdə 8 255 seçki məntəqəsi açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru