Ukrayna NATO-nun dəstəyi ilə hücuma keçəcəkdi

4-04-2022, 09:55           
Ukrayna NATO-nun dəstəyi ilə hücuma keçəcəkdi
NATO Baş katibi Yens Stoltenberq bəyanatları ilə Ukraynanın təşkilata daxil olması üçün sürətləndirilmiş hazırlığın real planlarını açıqlayıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının üzvü Adalbi Şxaqoşev deyib.

Deputat bildirib ki, Rusiya qabaqlayıcı tədbirlərlə alyansla birbaşa toqquşmanın qarşısını alıb:

“On minlərlə əsgərin hazırlanması NATO-nun Ukrayna ordusunu alyansın imkanlarına yaxınlaşdırmaq istəyi deməkdir. Bu, adətən ölkənin faktiki olaraq NATO blokuna qoşulmağa hazırlaşdığı zaman edilir. Rusiya preventiv addımlarla NATO ilə birbaşa toqquşmanın qarşısı aldı".

Parlamentari qeyd edib ki, alyansın baş katibinin bəyanatları Ukraynanın hansısa sürətləndirilmiş şəkildə NATO-ya daxil olmasına hazırlıq getdiyini təsdiqləyir:

"Ehtimal ki, bu, mart-apreldə Donetsk və Luqansk "respublikalarına" planlaşdırılan hücumla eyni vaxtda olacaqdı".

Qeyd edək ki, Stoltenberq Ukraynanın on minlərlə əsgərinə təlim keçdiklərini və hazırda həmin qüvvələrin Rusiya ordusuna qarşı uğurla döyüşdüyünü bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru