ABŞ Rusiyanın Ukraynaya yeni hücumu barədə xəbərdarlıq edib

4-04-2022, 10:35           
ABŞ Rusiyanın Ukraynaya yeni hücumu barədə xəbərdarlıq edib
Rəsmi Moskvanın Kiyevdən qoşunları çıxarması barədə açıqlamasına baxmayaraq, Ukraynada müharibə “başa çatmaqdan çox uzaqdır”.

“Report” ABC telekanalına istinadən xəbər verir ki, bu barədə Ağ Evin administrasiya rəhbəri Ron Kleyn xəbərdarlıq edib.

“Putinin sadəcə olaraq ölkənin şimal hissəsindən qoşunlarını geri çəkməklə onları ölkənin şərqinə köçürərək orada döyüş əməliyyatlarını bərpa etməsi barəsində çoxlu sübutlar var”, - Kleyn telekanala müsahibəsində bildirib.

O, ABŞ-ın Ukraynaya şərqdəki ərazilərə nəzarəti saxlamaq səylərində kömək etməyə hazır olduğunu təsdiqləyib.

“Prezident Zelenskinin dediyi kimi, bu (Rusiya Federasiyasının Ukraynanın şərq rayonlarını ələ keçirməsi, Kiyev isə qalan ərazilərə nəzarəti özündə saxlaması üçün – red) onun üçün qəbuledilməzdir və biz ona hərbi, iqtisadi, humanitar yardım göstərəcəyik”, - Ağ Ev rəsmisi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru