Ukraynaya silah, silah və daha çox silah lazımdır - Duda
4-04-2022, 11:18
Rus ordusunun Buçada ukraynalıları qətlə yetirməsi təcavüzkarla kompromisə getməyi mümkünsüz edir.
Axar.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib.
"Cinayətkarlar cinayətkar adlandırılmalı, mühakimə olunmalıdır. Buçadan olan fotolar nəyin bahasına olursa olsun, kompromis axtarmaq lazım olduğu inamını təkzib edir. Əslində, Ukrayna müdafiəçilərinə ilk növbədə üç şey lazımdır: silah, silah və yenə də silah".