Rusiyaya ən böyük cəzanı özü kəsdi – Moskvanın planı fiaskoya uğrayır

4-04-2022, 17:14           
Rusiyaya ən böyük cəzanı özü kəsdi – Moskvanın planı fiaskoya uğrayır
“Rusiya o zaman 2008-ci ilin avqustunda qorxdu, bizə qarşı müharibəni dayandırdı, indi də belə ola bilər. Biz artıq bir çox şəhər və qəsəbələrdən rus ordusunun geri çəkildiyinə şahidik”.

Bunu açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.

O bildirib ki, bu müharibə Rusiyanı məhv edəcək:

“Yaşasın Ukrayna” deyimi artıq parol kimidir, yeni dünyanın yaranmasının simvoluna çevrilib. O dünya ki, pislik aradan qaldırılacaq, yırtıcı dişlərdən və caynaqlardan əbədi olaraq xilas ediləcək.

Amma bu dünyanın necə olacağı bilavasitə pisliyin, törədilmiş cinayətlərin əvəzini nə qədər tam ödəyəcəyindən asılıdır. Burada söhbət təkcə mənəvi cəhətdən yox, eyni zamanda trilyonlarla dollardan gedir.

Hazırda müharibə davam edir və bu savaşda tərəf seçimi hər kəs üçün fərdidir. Və bu seçimi hamı edir – dövlət başçılarından tutmuş sadə vətəndaşa qədər. Siyasətçilər üçün daha asandır, onlar kifayət qədər informasiyaya malikdirlər və rasionalizmlə vicdan arasında seçim edirlər. Vicdan, bir qayda olaraq, rasional arqumentlərə təslim olur və siyasətçinin əsaslandırılması həmişə standartdır – ölkə, vətəndaşlar qarşısında məsuliyyət və s.

Kreml apardığı bu müharibə ilə Ukraynanı yox, Rusiyanı – özünü məhv edəcək, artıq bu proses başlayıb. Rusiya müharibənin “şər qüvvəsidir”, onların bu gün törətdiyi cinayətlərə heç bir bəraət qazandırmaq olmaz. Pislik cəzasını çəkməlidir və cəzasını da alacaqdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru