Baydendən Rusiyaya qarşı yeni sanksiyalarla bağlı çağırış

5-04-2022, 00:03           
Baydendən Rusiyaya qarşı yeni sanksiyalarla bağlı çağırış
“Biz Ukraynanı döyüşü davam etdirmək üçün lazım olan silahlarla təmin etməyə davam etməliyik”.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

O, Buçada baş verənlərə də münasibət bildirib.

“Biz bütün faktları toplamaq məcburiyyətindəyik. Yəni əlimizdə faktlar, sübutlar olsun ki, bunu törədənlər müharibə cinayətlərinə görə mühakimə olunsunlar. Buçada baş verənlər dəhşətlidir və hamı bunu görür. Putin hərbi cinayətkardır”, - Bayden vurğulayıb.

ABŞ lideri Vladimir Putinin müharibə cinayətləri üzrə mühakimə olunması üçün beynəlxalq ictimaiyyətə çağırış edəcəyini diqqətə çatdırıb.

Bayden onu da vurğulayıb ki, o, Ukraynada son baş verənlərdən sonra Rusiyaya qarşı daha çox sanksiyalar üzərində işləyəcək./APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru