BLİNKEN PUTİNİN İFLASA UĞRAYAN 3 MƏQSƏDİNİ AÇIQLADI - "Rusiya məğlubiyyətə düçar oldu"

5-04-2022, 00:00           
BLİNKEN PUTİNİN İFLASA UĞRAYAN 3 MƏQSƏDİNİ AÇIQLADI -
"Rusiya Ukraynaya hücum zamanı qarşısına qoyduğu məqsədləri tamamilə iflasa uğratdı, strateji uğursuzluğa və mümkün məğlubiyyətə düçar oldu”.

Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Rusiyanın üç məqsədi var idi: Ukraynanı öz iradəsinə tabe etmək, onun suverenliyini və müstəqilliyini təkzib etmək, Rusiya hakimiyyətini bərqərar etmək, həmçinin Qərbi, alyansı bölmək. Bütün cəbhələr üzrə bu planlar iflasa uğradı”, - deyə E.Blinken bildirib.

Onun sözlərinə görə, Ukrayna indi daha da birləşib.

“Bu, suveren, müstəqil Ukraynadır və Vladimir Putin səhnədə olduğundan daha uzun müddət orada olacaq”, - deyə ABŞ Dövlət katibi deyib.

O əlavə edib ki, Rusiyanın qüdrəti xeyli azalıb və ordusu xeyli geri qalıb.

“Onların iqtisadiyyatı ləngər vurmağa başlayıb. Təbii ki, NATO və Qərb də heç vaxt olmadığı qədər birlik halındadır. Ona görə də təkcə bu əsasda biz artıq Rusiya üçün dramatik uğursuzluğun şahidi oluruq", - Blinken bildirib.(Mənbə: Unian.net)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru