Amerika Avropada yeni dünya müharibəsi istəyir

21-01-2023, 09:57           
Amerika Avropada yeni dünya müharibəsi istəyir
Fransanın “Vətənpərvərlər” partiyasının lideri və Avropa Parlamentinin keçmiş deputatı Florian Filippo ABŞ-ı Avropada dünya müharibəsi açmaq istəməkdə ittiham edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb:

"Amerikanın təzyiqi ilə Avropa İttifaqı ölkələri Zelenskiyə getdikcə daha da ağır silahlar verirlər. Bu onu göstərir ki, Amerika Avropada yeni dünya müharibəsi istəyir."

“Vətənpərvərlər”in lideri bundan əvvəl də Emmanuel Makronun xarici siyasətini tənqid edib.

Yanvarın 5-də o, Makronu Kiyevə silah göndərməkdən imtina etməyə çağırıb və bildirib ki, belə bir qərar Fransa ordusunu zəiflədir və münaqişəni dayandırmağa kömək etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru