Qərbi Azərbaycanlılar Qarabağ danışıqlarına qatılmaq istəyir - TƏLƏB

1-06-2016, 12:32           
Qərbi Azərbaycanlılar Qarabağ danışıqlarına qatılmaq istəyir - TƏLƏB
Salamlar olsun DİA.AZ-ın bütün kollektivinə. Dia.az-ın daimi oxucusuyam, bilirəm ki Qərbi Azərbaycanlıların bu kiçik müraciətini dərc edəcəksiniz. Əvvəldən təşəkkürümüzü bildiririk.

Salam əziz və hörmətli Azərbaycan xalqı. Şəhid ailələri, evini eşiyini itirən hər bir şəxs.

2-5 aprel tarixində baş verənlərdən və Vyana görüşündən sonra, Qarabağ məsələsi günümüzün ən vacib məsələsinə çevirilib, bu təbiidir. İllərdir ki, biz şəhid ailələri, qaçqınlar, köçkünlər bu günü səbirsizliklə gözləyirik. Mən sizə çox baş ağrısı verməyəcəm, bir-iki kəlmə erməni həyasızlığından danışacam. Görən bunların neçə sifəti var. Gəmidə oturub gəmiçi ilə dava edirlər.

Mən bütün Qərbi Azərbaycanlılar adından həyasız Nalbandyana deyirəm. Bizi ata-baba yurdumuzdan didərgin saldınız, bütün evlərimizə, əmlakımıza yiyəlik etdiniz. Sonrada “sülhsevər” havadarlarınız vasitəsilə silahlanıb Qarabağı qan çanağına çevirdiniz. İndidə həyasızcasına deyirsiniz ki, görüşün davamı olarsa Qarabağ nümayəndəsidə oturmalıdır.

Bu dəfə əgər elə bir təklif olarsa əvvəlcə Şəhid ailələrinin, Qərbi Azərbaycanlıların və Qarabağ məcburi köçkünlərinin nümayəndələri oturacaq.

Sənə belə bir sual: bu qədər fəlakəti kim yaradıb, siz yoxsa biz. Şərt qoyursunuz ki, Qarabağ ermənlərinə status verilsin. Bəs Qərbi Azərbaycandan gələn Azərbaycan-türklərinə statusu kim verəcək? Bizim təhlükəsizliyimizi təmin edə bilərsinizmi?

Biz Sizə vaxtında çox statuslar vermişik amma siz qudurdnuz.

İndi sizə verdiyimiz statusları sadalayacam:

İllər boyu Bakının, Gəncənin, Sumqayıtın və digər şəhərlərimizin mərkəzində yaşamadınızmı. Bütün tələbələri evlərinizdə kirayənişin saxlamırdınızmı, bizim azərbaycanlılarda zirzəmidə yaşayırdılar.

MK-dən tutmuş hər yerdə vəzifədə deyildinizmi. Qarabağda ağa kimi yaşamırdınızmı Qudurdunuz. Puşkinin “Balıqçının” nağılındakı kimi vallaha balıq ayağımı yumalıdır. Balıqda sizin əlinizə köhnə təknəni verəcək.

Bəs biz Ermənistanda necə yaşayırdıq öz əllərimizin qabarı ilə. Ziyalılarımızı yeri düşdükcə öldürürdünüz. Heç bir vəzifədə yox idik. Zəngibasar, Göyçə gölü, Göyçə mahalı Ağbaba mahalı, qədim yaşayış yerimizdir. Buralara status verərsiz sonra, Qarabağ ermənilərinə status verilər. İstəmirlər getsin Ermənistanda adlarını çəkdiyim yerlərdə yaşasınlar.

İndi sizin bizə verdiyiniz statusdan danışım:

XOCALI faciəsini, balaca uşaqlarımızı Ermənistanda trubaya doldurub, trubanın o baş, bu başını lehimləyib qəsdən öldürdüklərini,1 milyon qaçqın problemini, qaçqın şəhərciklərini, əbəs yerə ŞƏHİD olan balalarımızı,18 yaşında dul qalan qızlarımızı, tək oğlu ölən ANA-nın harayını.

“Hinger” Nalbandyaann de görüm bu faciələrin yanında yenədə oturub danışıq deyirsiz. Satqınlığın üstündə kəsilən qulaqlarınızı əllınizə alıb (100 ildən sonra) o parlamentdə bu parlamentdə türklər soyqırım ediblər qulağımızın pulunu versinlər, parlament iştirakçılarıda bunu başa düşmüyəcəklər "böyük fəlakət" deyib keçəcəklər. Görəsən bu qulaq XOCALI faciəsinin (Rusların əli ilə) qabağında nə boyda görünür. Arxanıza dönün etdiklərinizdən utanın. Sizlər istəməzsiniz ki, bu məsələ düzəlsin, çünki Qarabağ ermənilərinin hesabına varlanırsız. ABŞ-dan Rusiyadan, Dünya bankından onların adına pul alıb yeyirsiz əziyyət çəkəndə sadə xalqdır. Döyüş bölgəsinə özünüz kimi terroristləri doldurmusuz xalqı qorxudursunuz.

Gör siz nə qədər həyasızsınız ki, qaçqın düşən adamların evində yaşayırsız.

ALLAH-dan belə bir səs gəlib harama əl uzatma, o halalıda yuyub aparacaq. Qarabağda, Qərbi Azərbaycanda qalan evlərimizdə necə yaşıya bilirsiz. İnsan öz qazanmadığından necə istifadə edə bilər. O, evlərin, o torpaqların hər güncündə bizim göz yaşlarımız var, bax o ahdan qorxun.

Siz. bu məsələ təzə başlayanda baş vermiş O BÖYÜK ZƏLZƏLƏDƏN qorxun.Nahaq qan tökürdüz, ondanda utanmadınız, o hadisə ALLAH-dan sizə bir işarəydi. ALLAH-a inanırsınız ki, onunda işarəsinə inanasınız. Nalbandyanlar öz xalqınızı bu qədər əzməyin, abrınız olsun.

Mənim bir neçə kəlmə sözüm erməni qadınlarınadır. Necə utanmırsınız Xocalıda açılan uşaq bağçalarına uşaqlarınızı verirsiniz. Bir neçə il bundan əvvəl Xocalı uşaqlarını yernən yeksan etmədinizmi, yurdlarını talan qoymadınızmı.(366-cı alay rus əsgərlərinin köməyi ilə, hələ də Rusiya bizdən üzr istəmədi). Necə ALLAH-dan qorxmursuz ora uşaq aparırsız. Xocalıda divan tutduğunuz o uşaqların RUH-ları elə o bağçalardadır. O, RUH-lar qoymaz ki, o uşaqlarınız orda xoşbəxt ola, sizi böyük fəlakət gözləyir.

RUH ALLAH-ın ən böyük sirridir, onun elədiyi fəlakətin qabağında heç kim dayana bilməz.

Hələ də mən başa düşə bilmirəm ki, hallalığı olmayan, gözü yaşlı qalan evlərdə necə yaşayırsınız. Bax sizin bu hərəkətinizlə dünya bilsin ki, siz necə adamlarsınız. Sizin ki, torpaq davası deyil, Türklə savaşmaqdır. Amma sizə çörəyi həmişə türk verib. Indi sizə havadar duranlar bilsin ki, siz yediyiniz qaba tez tüpürürsüz.

Nə yazıq ki, ATƏT-in MINSK qrupu, BMT- təşkilatları bu üzrə heç bir araşdırma aparmadılar (yəni heç nə üzrə araşdırma aparmadılar). Bir təşkilatın ki, qərarları yerinə yetmiyə onun nə nüfuzu olaçaq.

Erməni qadınlarına məsləhətim: ağlıyanın malı heç vaxt gülənə qalmır. Sizə nə ATƏT-in Minsk qrupu lazım deyil, nə BMT, nə sarkisyanlar, nə nalbandyanlar. Çörək bişirəndə bir anlığa çevrilin arxanıza baxın, görün bu ev sahibinin sizə hallalığı varmı, siz burda çörək bişirirsiz, o ev sahibləri ki, o evlərin hər güncündə onların göz yaşları, RUH-ları var. ALLAH-dan qorxun heç kimdən yox heç bir təşkilatın yerinə yetirmədiyini ALLAH-yerinə yetirəcək cəzanızı alacınız inşallah. Torpaqlarımızı ŞƏHİD etmısiniz. Su içənə ilan dəymir, ancaq siz bu torpaqlara su belə vermirsiz. ALLAH-ın divanına rast gələcəksiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.