Bayden Avropaya səfərini Rusiyanın Ukraynaya hücumunun idönümü üçün planlaşdırır

27-01-2023, 00:02           
Bayden Avropaya səfərini Rusiyanın Ukraynaya hücumunun idönümü üçün planlaşdırır
ABŞ prezidenti Co Bayden Avropaya səfər etməyi planlaşdırır.

Demokrat.az xarici mətbuata istinadən bildirir ki, onun səfəri fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ildönümü ilə bağlı olacaq.

“Mənbələrin məlumatına görə, Bayden gələn ay Ukraynanın işğalının ildönümü ilə əlaqədar Avropaya səfər etməyi düşünür. Eyni zamanda ABŞ prezidentinin bir neçə ölkəyə, o cümlədən Polşa da səfəri nəzərdə tutulur. Bayden administrasiyasının rəsmiləri həmçinin fevralın sonunda Ukraynaya daha bir böyük hərbi yardım paketinin elan edilməsini müzakirə edirlər."-deyə bildirilir.

Xatırladaq ki, Bayden 2022-ci ilin yazında Ukraynaya səfər etməyə hazır olduğunu demişdi.

Daha sonra isə Ağ Ev belə bir səfərin hələ planlaşdırılmadığını açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru