Erkin Qədirli bu gün AŞPA-da çıxış edib, həmişəki kimi möhtəşəm danışıb, sitat: "Ancaq bir məsələni vurğulamaya bilmərəm: Bu təşkilat və ya ümumilikdə beynəlxalq ictimaiyyət Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazilərinin işğalına kifayət qədər diqqət göstərib, bütün vacib addımları atsaydı bu gün Ukraynaya qarşı müharibə, yəqin ki, olmazdı. Beynəlxalq ictimaiyyət bu böyük təşkilata üzv olan digər ölkələrə qarşı olan işğal faktlarına yetərincə diqqət etməyərək Rusiyanın təcavüzkarlığına yol açdı".