Qəbiristanlıqda Paşinyana hərarətli “xoşgəldin”: Onun erməni olduğuna şübhə edirlər - VİDEO

28-01-2023, 12:09           
Qəbiristanlıqda Paşinyana hərarətli “xoşgəldin”: Onun erməni olduğuna şübhə edirlər - VİDEO
İrəvandakı hərbi məzarlığa baş çəkən Ermənistanın baş naziri Nikol Paşinyanı ölənlərin yaxınları təhqirlərlə qarşılayıblar.

Caliber.az-ın məlumatına görə, bu barədə yerli mətbuat yazır.

Yerablur qəbiristanlığına nazirlər və hakim fraksiyanın deputatları ilə gələn Paşinyan ünvanına “türk”, “satqın”, “ermənilərin qatili”, eləcə də dürlü-dürlü söyüşlər eşidib.

Ordu gününə həsr olunan bu tədbir, 44 günlük müharibədən sonra Nikol Paşinyanın iştirakı ilə Yerablurda keçirilən digər yığıncaqlar kimi, KİV-ə qapalı olub.

“Ərazi xeyli sayda polis, qırmızı beretlilər tərəfindən qorunur. Hətta panteonun aşağı hissəsində polislərlə dolu avtobuslar dayanıb”, - məlumatda qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru