Ermənilər yəhudilərə qarşı təxribat törətdilər

30-01-2023, 10:39           
Ermənilər yəhudilərə qarşı təxribat törətdilər
İsrailin Qüds (Yerusəlim) şəhərində ermənilərlə yəhudilər arasında kütləvi dava düşüb.

Redaktor.az xəbər verir ki, buna ermənilərin “İsrail bizim ölkəmizdir” deməsi səbəb olub.

Bundan hiddətlənən yəhudilər ermənilərə “sizin burada torpağınız yoxdur, bura bizim ölkəmizdir, gedin, buradan”, - deyə cavab veriblər.

Daha sonra ermənilər yəhudiləri təqib ediblər. Bundan sonra yəhudilərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşlarını köməyə çağırıb.

Qarşıdurmaya polis əməkdaşları müdaxilə ediblər. Asayiş keşikçiləri dinc sakinləri təqib edən ermənilərin qarşısını kəsiblər. Toqquşmanı daha da dərinləşdirən Gevorq Kaxkecyan adlı təxribatçı saxlanılıb.

O, məhkəmənin qərarı ilə 20 sutka ev dustaqlığına məhkum edilib. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru