Nikol Paşinyan daşnakları sevmir, heç daşnaklar da onu bəyənməz
31-01-2023, 09:34
Njteh Karakavorian Fransadakı erməni diasporunun tanınmış tanınmış simalarıdan sayılır. O, 1890-cı ildə yaranmış Erməni İnqilabi Federasiyasının (Daşnaksutyun) gənclər qanadının üzvüdür. Və ona Ermənistana daxil olması üçün viza verilməyib. Artıq dördüncü daşnakdır ki, Nikol Paşinyan hökuməti tərəfindən İrəvana buraxılmır. Bu barədə Ermənistan mediası xəbər yayıb... O, Zəngəzurda (Sünik) keçiriləcək pan-erməni gənc erməni partiya üzvlərinin tədbirinə qatılmaq arzusundaymış. Qeyd olunur ki, Daşnaksutyun partiyası istər Ermənistanın daxilində, istərsə də xaricində Nikol Paşinyana qarşı radikal mövqe sərgiləyir. Daşnakların 2021-ci ildə Parisdə səfərdə olan Nikol Paşinyanın eskortuna müxtəlif əşyalar atdığı bildirilir... Biz müxalifətçilər də özlərini öldürürlər ki, Nikol Paşinyan demokratdır. Bəli, İlham Əliyevə nisbətdə ona demokrat demək olar. Ancaq Qərb standartları baxımından o da elə avtoritar idarəçiliyə meyllidir. Elbəyi Həsənli Teref.az