Ukrayna KİV-ləri səfirliyimizə hücumla bağlı materiallar yaydı - VİDEO

31-01-2023, 12:27           
Ukrayna KİV-ləri səfirliyimizə hücumla bağlı materiallar yaydı - VİDEO
Ukraynanın populyar televiziya və agentlikləri Baku TV və "Report" İnformasiya Agentlıyinin Şərqi-Avropa bürosunun əməkdaşı Mübariz Aslanovun İranda səfirliyimizə hücumla bağlı yazı və reportajlarını yayımlayıb.

Bakupost.az xəbər verir ki, "1+1", "Marafon" telekanalları , bir sıra radiolar, "UNİAN" İnformasiya Agentliyi, bir sıra saytlarda M.Aslanov Tehranda baş verən hadisənin terror aktı olduğunu bildirib.

O qeyd edib ki, bu hadisə yalnlz Azərbaycandakı deyil, bütün dünyadakı soydaşlarımızı hiddətləndirib:

“2020-ci ildə 44 günlük Vətən Müharibəsində torpaqlarımızı işğaldan azad etdikdən sonra İranın Azərbaycana qarşı aqressiyası daha da artıb. İran rəsmiləri və KİV-i mütəmadi olaraq Azərbaycanın suverenliyinə hörmətsizliklər edib. İran həmçinin Azərbaycanın sərhədlərində ehtiyac olmadan yersiz təlimlər keçiblər. Buna baxmayaraq, Azərbaycan öz güclü ordusu ilə bu təlimlərə cavab verib. Azərbaycan İranın heç bir təhdidindən qorxmur, suveren və güclü dövlətdir. Azərbaycanın güclü və suveren dövlət olması İranı daim qıcıqlandırır”.

M.Aslanov eyni zamanda vurğulayıb ki, 1828-ci ildə imzalanmış Türkmənçay sülh müqaviləsindən sonra Azərbaycan Rusiya və İran imperiyaları arasında yarıya bölünüb: "İndiyə qədər də Cənubi Azərbaycan İranın əsarəti altındadır. Orada 40 milyon azərbaycanlı yaşayır".

Ətraflı aşağıdakı linklərdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru