İranın casus şəbəkəsinə qarşı əməliyyat...

1-02-2023, 08:23           
İranın casus şəbəkəsinə qarşı əməliyyat...
İranın casus şəbəkəsinə qarşı əməliyyat “İnter az” telekanalı və “Salamnyus” agentliyində də aparılıb: bu media orqanlarının İran təbliğatı apardığı və maliyyənin də oradan gəldiyi sirr deyil;
Hər iki resursun xəbər siyasəti İrana bağlı olan digər resurslardan fərqlənir:
- Xəbər siyasətində açıq və radikal xətdən istifadə edilmir;
- İran rejiminin xeyrinə təbliğat gündəlik xəbərlər üzərindən həyata keçirilir;
- Molla rejiminin əleyhinə olan informasiyalara birmənalı şəkildə qadağa qoyulub, əvəzində İranla bağlı hansısa neqativ informasiyalar gündəmə gəldikdə, ictimai rəyə pozitiv informasiyalar ötürülür və s;
Media resurslarının maliyyəsinin də Rusiyada fəaliyyət göstərən Qum təhsilli Mətləb Bağırov vasitəsilə təmin edildiyinə dair məlumatlar var.
(“İnter az” və “Salamnyus”un necə maliyyələşdirilməsi, İran rejiminin təbliğatını necə aparması haqda bir neçə həftə öncə araşdırma aparmışdıq. Linki şərh bölümündə).
Asif Nərimanlı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.