"Caliber” İran təhlükəsi və Avropa qəribəliyi haqda: Brenda Şafferlə MÜSAHİBƏ

1-02-2023, 18:26           
"Caliber” İran təhlükəsi və Avropa qəribəliyi haqda:
“Caliber” analitik layihəsinin növbəti buraxılışı Azərbaycanın İrandakı səfirliyində bu yaxınlarda baş vermiş diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun həlak olması və daha iki əməkdaşın yaralanması ilə nəticələnən terror aktına həsr olunub.

Layihənin “YouTube” kanalında yayımlanan videoda amerikalı analitik, ABŞ Hərbi Dəniz Akademiyasının müəllimi, Xəzər regionunun enerji məsələləri üzrə eksperti Brenda Şaffer jurnalist Orxan Amaşova həmsöhbət olub.

“İran hakimiyyətinin baş vermiş hadisənin siyasətə aid olmadığını sübut etmək cəhdləri şübhə doğurur”, - deyə B.Şaffer məsələ ilə bağlı qeyd edib.

Brenda Şaffer hücumdan əvvəl baş verən son hadisələri nəzərə alaraq daha geniş kontekstdə terror aktı ilə bağlı fikirlərini bildirib.

O, hücumun arxasında kimin dayanması, İran-Azərbaycan münasibətlərinin pisləşməyə davam edib-etməyəcəyi və İranın uzunmüddətli perspektivdə öz bütövlüyünü qoruyub saxlaya bilib-bilməyəcəyi barədə fikirlərini bölüşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru