Vaşinqton Minsk Qrupundan imtina edib, Qarabağla məşğul olmaq istəmir...

2-02-2023, 10:34           
Vaşinqton Minsk Qrupundan imtina edib, Qarabağla məşğul olmaq istəmir...
ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edən Laura Lokman Bakıya gəlib. O həm Azərbaycan rəsmiləri ilə görüşəcək, həm də IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak edəcək. Vaşinqton əvvəlkitək Azərbaycanın enerji layihələrinə dəstək verir. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Avropanın Azərbaycanın resurslarına ehtiyacı artıb. Avropanın Rusiyanın enerji asılılığından azalmasında Azərbaycanın artan rolu ABŞ-ın maraqlarına cavab verir.
ABŞ-dan Azərbaycanla bağlı daha bir xəbər gəlib. Dövlət katibi Entoni Blinken Luis Bononu ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edib. Luis Bono yeni vəzifəsinə qədər ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavini olub. Bundan başqa Lusi Bono ABŞ-ın Avropa İttifaqındakı və BMT-dəki nümayəndəliklərində, həmçinin Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb. Vaşinqton Minsk Qrupundan imtina edib, Qarabağla məşğul olmaq istəmir, əsas istəyi Azərbaycanla Ermənistan arasında barış əldə etməkdir. Bu Azərbaycanın da maraqlarına uyğundur.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru