İsveçdə radikallar Quranın ardınca Tövratı və İsrail bayrağını da yandırdılar... - FOTO

2-02-2023, 10:57           
İsveçdə radikallar Quranın ardınca Tövratı və İsrail bayrağını da yandırdılar... - FOTO
İsveçin paytaxtında eyni aqibət Quranın başına gələndən iki həftə keçməmiş Tövrat İsrail bayrağı ilə birlikdə açıq şəkildə yandırılıb.

TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda "EADaily" nəşri məlumat yayıb.

İnanclıların hisslərini incidən yeni aksiyanın ifaçıları “Nordik (şimali) Müqavimət Hərəkatı” millətçi təşkilatının iştirakçıları olub.

Yəhudilər üçün müqəddəs olan müqəddəs kitabların yandırılması ilə keçirilən aksiyanın yerli hakimiyyət orqanlarının icazəsi ilə keçirildiyi, onların da İslama zidd xarakter daşıyan əvvəlki təxribatı bəyəndiyi bildirilir.

Fəallar vurğulayıblar ki, bu hərəkətləri ilə guya yaxşı məqsəd güdürlər - İsrailin Fələstindəki işğalçılıq siyasətinə kəskin etirazlarını ifadə edirlər.

Bununla belə, aksiya iştirakçıları bunun üçün Tövrat tumarının yandırılmasının nəyə görə lazım olduğunu açıqlamayıblar.

Bundan öncə İsveçin yəhudi icması ölkə müsəlmanlarına qoşularaq sağçı siyasətçilərin Quranı yandırmaq hərəkətlərini kəskin şəkildə pisləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru