Xameneinin hakimiyyəti məhdudlaşdırıla bilər

2-02-2023, 11:21           
Xameneinin hakimiyyəti məhdudlaşdırıla bilər
İranın keçmiş prezidenti Həsən Ruhaninin köməkçisi Məhəmməd Rza Salehi Tehrandakı rejimin sağ qalması üçün dini lider Əli Xameneinin hakimiyyətinin məhdudlaşdırılmasını təklif edib.

Bu barədə “İran İnternəşnl” məlumat yayıb.

Məlumata görə, keçmiş vitse-prezident İshaq Cahangiri ilə Ruhaninin keçmiş köməkçiləri arasında görüş keçirilib:

“Görüş zamanı İranda baş verə biləcək islahatlar, etiraz aksiyaları, korrupsiya məsələləri müzakirə olunub. Həsən Ruhaninin köməkçisi Məhəmməd Rza Salehi çıxışı zamanı təklif edib ki, Xameneinin hakimiyyətini məhdudlaşdırmaqla İrandakı mövcud rejimi qorumaq lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru