Mişustin: “Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır”

3-02-2023, 10:18           
Mişustin: “Rusiya Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır”
Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır.

Bunu Rusiyanın baş naziri Mixail Mişustin cümə axşamı Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı bəyan edib.

“Biz ənənəvi olaraq Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açıqlamasının tərəfdarıyıq. Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşmaların həyata keçirilməsini təmin etməyi vacib hesab edirik”, - deyə Rusiya Nazirlər Kabinetinin rəhbəri bildirib.

Baş nazir vurğulayıb ki, “yeni nəqliyyat və infrastruktur marşrutlarının yaradılması regionun bütün dövlətlərinin maraqlarına cavab verir”.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru