"....Putinin əlinə su tökməyə layiq deyil"

2-06-2016, 12:41           

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin gələcək kitablarından bir bölməni 1news.az saytında dərc etdirib.
Modern.az saytı “Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın əksi kimi” adlı məqalədən bəzi hissələri təqdim edir.
“Bu bölmədə mən dövlət müstəqilliyinin saxlanılmasının Azərbaycan xalqının müasir ideyasının əsas vəzifəsi olduğunu göstərəcəm və milli ideyasını gerçəkləşdirən Azərbaycan dövlətinin dəyişkən siyasi və sosial-iqtisadi məkanda yeni təhlükələrə cavab vermək üçün hansı keyfiyyətlərə malik olmasından bəhs edəcəm.
Azərbaycanın 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərindəki təcrübəsindən bilirik ki, zəif dövlət və qətiyyətsiz hakimiyyət cəmiyyəti tam durğunluğa aparır. Buna görə əsas vəzifə dövləti bütün idarəetmə institutları, hakimiyyətin bütün mərhələlərinin simasında möhkəmləndirmək, icra orqanlarının çalışması üçün işlək mexanizmlər yaratmaqdan ibarətdir. Azərbaycanda hakimiyyət öz xalqının unikal adətlərinə arxalanaraq “güclü dövlət” haqda öz ideyasını gerçəkləşdirir. İş ondadır ki, dövlətin güclü və planlaşdırıcı rolu olmadan Azərbaycandakı genişmiqyaslı sosial-iqtisadi layihələri unutmaq olar. Azərbaycandakı güclü dövlətin uğuru təhsilə, səhiyyəyə, idmana və s. sosial proqramlara ağıllı investisiya yatırımı ilə bağlıdır.
R.Mehdiyev bildirib ki, Azərbaycandakı dövlət hakimiyyəti güclü dövlət ideyasından imtina etməyi və dövlətin bir çox funksiyalarının xarici ölkələr tərəfindən maliyyələşdirilən mülki strukturlara ötürülməsi barədə Qərbin hədə və şantajlarına uymur.

“Cənubi Qafqaz iqtisadiyyatının 75%-ni özündə cəmləşdirən Azərbaycan regionun ən vacib dövləti olduğunu get-gedə daha aydın anlayır”.
Məqalədə Qərbin ünvanına xeyli tənqidi fikirlərə yer verilib. R.Mehdiyev yazır ki, Azərbaycan yalnız güclü dövlət qurmaqla öz suverenliyini Qərbin təsirindən qoruya bilər.

R.Mehdiyev onu da bildirib ki, bu gün qətiyyətlə demək olar ki, Qərbin siyasi arenasında öz intellekti və siyasi bacarıqlarına görə İlham Əliyevə bərabər lider yoxdur.

“Qərb dövlətləri və beynəlxalq təşkilatların başında həmin strukturlara rəhbərlik etməyə imkan verən özəlliklər yoxdur və onlar dünyanın siyasi proseslərinə müsbət təsir etmək imkanından məhrumdurlar”.

Qərb dövlətlərinin siyasi sistemlərini tənqid edən R.Mehdiyev “milli liderlərin” olmamasını onların başlıca nöqsanı kimi görür.

Qərb dövlətlərinin siyasi sistemlərini tənqid edərək “bir çox Qərb ölkələrindəki vəziyyət göstərir ki, onlarda rəhbərliyə ümumilikdə millətin yox, korporativ qrupların maraqlarını ifadə edənlər gəliblər” deyən R.Mehdiyev məqaləsində amerikalı politoloq Paul Kreyqdən də sitat gətirib. Adminstrasiya rəhbəri xatırladır ki, Paul Kreyq yazır: “Amerikanın indiki liderləri Vladimir Putinin və ya Çin, Boliviya, Venesuela, Argentina, Braziliya, Hindistan liderlərinin əlinə su tökməyə layiq deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.