“Sarkisyan qulağının dibini görər” – Novruz Məmmədov-VİDEO
2-06-2016, 12:45
“Sarkisyan status-kvonu belə saxlaya bilməyəcək” Azərbaycan və Ermənistan prezidentlərinin substantiv, mahiyyət ortaya qoyulacaq növbəti görüşünün təşkili üzərində iş aparılır. Xarici işlər naziri Elmar Məmmədyarov da bununla bağlı Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər aparıb. Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov açıqlama verib. O, Ermənistan prezidenti Serj Sarqsyanın Azərbaycanın apreldə işğaldan azad etdiyi torpaqlar qaytarılandan sonra danışıqların başlayacağı barədə bəyanatına da münasibət bildirib. Novruz Məmmədov Serj Sarksyanın bəyanatlarına fikir verməməyi məsləhət görüb: “Boş-boş söhbətlərdir. Siz varsınız, mən varam. Sarkisyan torpaqları yox, qulağının dibini görər. Öz status-kvosunu saxlamaq üçün belə deyir. Amma o da boş şeydir, status-kvonu saxlaya bilməyəcək”. (Region TV)