Seyyid Əli Xameneyi bu gün həbsdə olan minlərlə insanı əfv etdi

5-02-2023, 18:04           
Seyyid Əli Xameneyi bu gün həbsdə olan minlərlə insanı əfv etdi
“Reuters” İran mediasına istinadən xəbər verir ki, İranın Ali dini rəhbəri ayətullah Seyyid Əli Xameneyi bu gün həbsdə olan minlərlə insanı əfv edib. Əfv olunanlar əsasən son etiraz aksiyalarına qatılanlardan ibarətdir. Bəzi məlumatlara görə, İran İslam İnqilabının ildönümü münasibəti ilə əfv olunanların sayı 20 min nəfərdən çoxdur.
Bu əfv İranda xalq ilə molla rejimi arasındakı münasibətlərin tənzimlənməsinə gətirib çıxaracaqmı? Və ya əksinə, İranda etiraz aksiyalarının əhatə dairəsini daha da genişləndirəcəkmi? İran əhalisi yaxın günlərdə bu kimi suallara aydın cavab veriləcək...
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru