Rusiya XİN: Avropa İttifaqı ordusu uzun müddətdir Ukraynada döyüşür

6-02-2023, 09:08           
Avropa İttifaqına (Aİ) üzv ölkələrin ordusu uzun müddətdir Ukraynadadır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” səhifəsində yazıb.

Diplomat İspaniyanın “Pais” qəzetinə müsahibəsində Cozef Borrelin sözlərini xatırladıb: “Aİ-yə üzv ölkələr münaqişədə iştirak etmək üçün Ukraynaya öz hərbi qüvvələrini göndərmək imkanını heç vaxt nəzərdən keçirməyiblər və nəzərdən keçirmirlər”.

“Mənim bağban Borrelin adekvatlığına böyük şübhəm var. Avropa İttifaqına üzv ölkələrin hərbçiləri çoxdan Ukraynaya göndərilib. Həm təlimatçılar, həm xüsusi xidmətlər, həm də muzdlular şəklində. Üstəlik, onların daşınması 2022-ci ildən çox əvvəl başlayıb”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru