Ukraynalıların kəllə sümükləri həvəskarının gözü yaşlı xanımından FTX-yə ŞİKAYƏT... - VİDEO

6-02-2023, 00:17           
Ukraynalıların kəllə sümükləri həvəskarının gözü yaşlı xanımından FTX-yə ŞİKAYƏT... - VİDEO
"Müharibədən öncə İqor Manquşev "Vaqner qrupu"nun sahibi Priqojinlə əməkdaşlıq edib..."

"Burada hərb şərəfi qanunu işləyib və ondan qisas alınıb..."
Dünən ənsə nahiyəsindən güllə yarası alan və reanimasiyaya düşən üzdəniraq "Luqansk xalq respublikası" "xalq milisi" bölməsinin komandiri İqor Manquşevin həyat yoldaşı Tatyana Azareviç Rusiyanın xüsusi xidmət orqanlarına müraciət edərək, səriştəli araşdırma aparılması və günahkarların müəyyən edilməsini xahiş edib.

Moderator.az xəbər verir ki, Manquşevin həyat yoldaşının videomüraciətini Rusiyanın "ASTRA" müstəqil jurnalistlər layihəsi "Telegram-kanal"da dərc edib.

Azareviç dəqiqləşdirib ki, onun həyat yoldaşı Rusiya ordusunda xidmət edən "Sahil" şərti adlı hərbi qulluqçusudur, Rusiya SQ-nin 8-ci ordusunun 2-ci ordu korpusunun 4-cü briqadasının kapitanıdır.

"Mənim ərim fevralın 3-dən 4-nə keçən gecə "Luqansk xalq respublikası"nın Staxanov şəhərində arxa cəbhədə olarkən, müəmmalı şəraitdə başından güllə yarası alıb. Həkimlərin sözlərinə görə, bu, kor odlu silah yaralanmasıdır, güllə beynində ilişib qalıb. Güman edilir ki, bu, tapançadan atılan 9 mm-lik güllədir", - qadın deyib.

Onu qəzəbləndirən heç bir istintaq hərəkətlərinin aparılmaması olub, hərçənd, hadisənin baş verməsindən sutkalar keçib. Azareviç əmindir ki, bu, qətlə və ya "hətta edama" sui-qəsd olub.

"Onun olduğu xəstəxanada texniki imkanın və lazımi aparatların olmamasına istinad edərək əməliyyat etməkdən imtina edilib", - qadın hönkür-hönkür ağlayaraq şikayətlənib və Rusiya müdafiə nazirliyinə, hərbi prokurorluğun rəhbərliyinə, İstintaq Komitəsinə, FTX-ya və "ümumiyyətlə, bunun aidiyyəti ola biləcək hamıya" müraciət edib.

"Xahiş edirəm lazımı araşdırma aparılması, günahkarların və baş vermiş hadisənin şəraitinin müəyyən edilməsi üçün sizdən aslı olan hər şeyi edəsiniz, o cümlədən ərimə lazımı tibbi yardım göstərilməsi üçün tədbirlər görəsiniz. Xahiş edirəm bunları ciddi qəbul edin və nəsə edin", - "xalq milisi" komandirinin həyat yoldaşı yalvarıb.

Müharibədən əvvəlki dövrdə İqor Manquşev özünü siyasi texnoloq kimi göstərərək, dəfələrlə vurğulayıb ki, o "Vaqner qrupu" özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinlə onun "trollar fabriki"lərinin birində "səmərəli şəkildə" əməkdaşlıq edir.

2022-ci iln avqustunda əllərində, guya, "Azovstal"ın müdafiəçisinə məxsus insan kəllə sümüyü ilə səhnədən çıxış edib. Kəllə sümüyünü əlində oynadaraq Manquşev əmin edib ki, Rusiya ilə Ukrayna arasında barışıq ola bilməz, çünki rusiyalılar insanlarla deyil, ideya uğrunda döyüşür.

"Onları nə qədər və necə öldürmək bizim vecimizə deyil. Əgər biz insanlarla döyüşsəydik, biz onlarla barışıb deyərdik: "Hə, qardaş, belə alınıb, müharibədir". Amma biz ideya uğrunda mübarizə aparırırq. Ona görə də bu idea daşıyıcılarının hamısı, bax, bu "bədbəxt Yorik" kimi məhv edilməlidir, bu zavallı, yəqin ki, "Azovstal"da ölmək istəməyib, lakin düzgün tərəfi seçməyib. O, "rus dünyası"nın nə olduğunu anlayıb", - o zaman Luqanskın "xalq milisi" bəyan edib.

Ukraynalı hərbi icmalçı Aleksey Arestoviç əmin olduğunu bildirib ki, burada hərb şərəfi qanunu işləyib və Manquşevdən "qisas" alınıb.

"Hərb şərəfi qanunları haradan götürülüb? Nədən əsrləri təhqir etmək olmaz? Nədən ölülüləri təhqir etmək olmaz? Çünki döyüşən insanlar öz taleyində əmin olub ki, müharibədə qanunlar çox sərtdir. Və hər şey bu prinsiplə işləyir: "Yer kürəsi dairəvidir, amma çamadan formasındadır".

Əbəs yerə köhnə əsgərlər həmişə öyrətməyib ki: "Kimsəni öldürmüsənsə, axşam onun ruhuna badə qaldır və mövzunu bağla". Ölüləri təhqir etmək olmaz və əgər yüksək mənəviyyat sizin üçün dəlil deyilsə, sadəcə, praktiki mülahizələrdən çərçivədən çıxmayın. O, tezliklə gəlib sizi tapacaq", - Arestoviç əmin edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.