Ukraynada köklü dəyişikliklər: Nazirlər dəyişir, yeni təyinatlar olacaq

6-02-2023, 12:17           
Ukraynada köklü dəyişikliklər: Nazirlər dəyişir, yeni təyinatlar olacaq
Ukraynada korrupsiyaya qarşı mübarizə çərçivəsində aparılan mübarizə və həbslərdən sonra yüksək dövlət postlarında dəyişikliklərin olacağı dəqiqləşib.

“Xalqın xidmətçisi” fraksiyasının toplantısında çıxış edən David Araxamiya bəzi dəyişikliklərin anonsunu verib.


Onun sözlərinə görə, Ali Radanın növbəti plenar iclasında müdafiə naziri Oleksiy Reznikovun istefası baş tutacaq. Onun yerinə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov təyin olunacaq.

Məlumata görə, Vasili Malyuk Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi, İqor Klimenko isə daxili işlər naziri təyin ediləcək.

Eyni zamanda, mənbə bildirib ki, Reznikov Ukraynanın sənayenin strateji sahələri məsələləri üzrə nazir postunda Pavel Ryabikini əvəz edəcək.
RBK-Ukraina












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru