Tehran riyakarlığının bariz nümunəsi - Azərbaycanın yardımından imtina edib, Rusiyadan...

6-02-2023, 17:25           
Tehran riyakarlığının bariz nümunəsi -
İran Rusiyadan humanitar yardımı qəbul edib.

TEREF.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

İran mediası Rusiyadan Güney Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələdən zərər çəkənlərə humanitar yardımının artıq yola düşdüyünü yazır.

Bundan əlavə, Rusiyanın İrandakı səfirliyi zəlzələdən zərərçəkənlərə yardımın ilk partiyasının sabah göndəriləcəyi ilə bağlı xəbər yayıb.

Rusiyanın göndərdiyi yardım Ermənistan ərazisindən keçməklə İrana ötürüləcək.

Bundan əvvəl molla rejimi Türkiyə və Azərbaycanın yardımından imtina edib. Üstəgəl, rejimin özü də indiyədək güneyli soydaşlarımıza yardım əli uzatmır. Yüzlərlə insan soyuqda küçələrdə yardım gözləyir. Bir neçə gün əvvəl rejimin başçısı İbrahim Rəisinin Xoya səfəri də bu duruma təsir etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru