Kadırov: "Ukraynadan sonra xəritədə Polşadır!"

7-02-2023, 09:08           
Kadırov: "Ukraynadan sonra xəritədə Polşadır!"
Ukraynaya verdiyi dəstəyin bir hissəsi olaraq Varşava öz hərbi resurslarını tükətdi və indi çaşqınlıq içindədir. Ukraynaya qarşı xüsusi hərbi əməliyyat uğurla başa çatdıqdan sonra Rusiya növbəti ölkəni hədəf alsa necə? Axı xəritədə Ukraynadan sonra Polşa var!”.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında yazıb.

O, fikrini belə davam etdirib:

“Mən gizlətməyəcəyəm. Şəxsən mənim belə bir niyyətim var və dəfələrlə bəyan etmişəm ki, satanizmlə mübarizə bütün Avropada və ilk növbədə Polşada davam etməlidir”, – deyə Kadırov qeyd edib. \\KONKRET.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.