Ukrayna üçün ən pis variant – “Bu halda Kiyev danışıqlara məcbur ediləcək...”

10-02-2023, 10:44           
Ukrayna üçün ən pis variant – “Bu halda Kiyev danışıqlara məcbur ediləcək...”
Hərbi ekspert Oleq Jdanov müharibə üçün ən pis variantı səsləndirib.
Oleq Jdanov Ukrayna üçün ən pis ehtimalın Çinin müharibəyə müdaxiləsi olduğunu deyib.

«Əgər Çin Rusiya Federasiyasına texnika və silahlarla kömək etməyə başlasa, o zaman münaqişə üzücü xarakter ala bilər. Və bu, gerçəkdən ona gətirə bilər ki, Rusiya Ukraynanı danışıq masası arxasına oturmağa məcbur etsin. Bu, bu günə ola biləcək ən pis variantdır - o, bəyan edib - Mən, hesab edirəm ki, məhz buna görə Prezident Zelenski Avropaya turneyə gedib - maksimum silah qoparmaq üçün».

Onun fikrincə, hazırda Ukraynanın şansı var ki, Çini qabaqlasın: «Əgər Çin əlaltından Rusiyaya kömək etməyi qərara alsa, yoxlanmamış məlumata görə, bu, baş verə bilər, bizim şansımız var ki, dağıdıcı zərbə endirək və 2023-cü ilin sonuna qədər 91-ci ilin sərhədlərinə çıxaq. Sonra isə xarici kontingenti daxil etmək olar».

Jdanov əmindir ki, beynəlxalq kontingent Ukrayna üçün qarantiya olacaq, əgər Rusiya bir daha hücum etmək istərsə. «Bu, bizi xilas edə bilər».
UNİAN












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.