Ermənistan İranı müdafiə etmək üçün ATƏT-də hoqqa çıxardı...

11-02-2023, 09:44           
Ermənistan İranı müdafiə etmək üçün ATƏT-də hoqqa çıxardı...
Avropa İttifaqına bağlı “eureporter.co” saytında “Who protects Iranian interests in the OSCE and why?” (ATƏT-də İranın maraqlarını kim qoruyur və niyə?) adlı məqalə gedib. James Wilson-un qələmə aldığı yazıda deyilir ki, fevralın 9-da ATƏT-in Daimi Şurası yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən qanlı silahlı hücumu müzakirə etməli və pisləməli idi. Fevralın 2-nə planlaşdırılan debat baş tutmadı. ATƏT-dəki Ukrayna mənbələri iddia edir ki, ATƏT-in İranı birgə qınaması Ermənistan nümayəndə heyəti tərəfindən onların hökuməti ilə məsləhətləşməyə ehtiyacı olduğu üçün əngəllənib.
Fevralın 2-də ATƏT-ə üzv olan 57 ölkədən 52-si hücumu pisləyib və təcili araşdırmaya çağırıb. Amma ATƏT-in istənilən birgə qınaması yekdil olmalıdır və bu qətnamə ikinci dəfə də erməni nümayəndələri tərəfindən bloklandı.
Məqalədə İran rəhbərliyinin Ermənistan-Azərbaycan münasibətlərinə yanaşması ilə bağlı bəlli bəyanatlar dönə-dönə vurğulanır. Aydın şəkildə deyilir ki, İran Ermənistanı dəstəklədiyi kimi, Ermənistan da ATƏT-də İranı müdafiə edir.
Məqalənin sonunda bildirilir ki, İrəvan son vaxtlar özünü qərbyönlü dövlət kimi göstərməyə çalışır, çünki Rusiyanın regionda təsiri sürətlə azalır.
Bəlkə də İrəvana xatırlatmağın vaxtıdır ki, bəzi məsələlərdə, məsələn, terrorizm və üçüncü ölkələrin diplomatik nümayəndəliklərinin müdafiəsi kimi məsələlərdə aydın mövqe tutmağa ehtiyac var. Ermənistan azad dünyanı dəstəkləyir, yoxsa yox, bu sualla bağlı seçim etmək vaxtıdır...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.