"Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olaraq qalır" - Dövlət Departamenti

11-02-2023, 10:57           
"Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olaraq qalır" - Dövlət Departamenti
“Cənubi Qafqazda sülhün təşviqi təkcə ABŞ administrasiyası üçün deyil, dövlət katibi Entoni Blinken üçün də daimi prioritet olaraq qalır".

APA-nın xəbərinə görə, bunu cümə günü keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin birinci müavini Vedant Patel deyib.

Dövlət Departamenti rəsmisinin sözlərinə görə, bunu onun Azərbaycan və Ermənistan liderləri ilə əlaqəsi də sübut sübut edir.

O qeyd edib ki, ABŞ sülhü təşviq etmək üçün bütün sahələrdə - istər ikitərəfli əsasda, istər Aİ daxilində mexanizmlər vasitəsilə iştirak etməyə qətiyyətlə sadiqdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru