ŞOK İDDİA: Putin bu ölkədə xaos yaratmaq üçün casuslar toplayır12 Fevral 2023 10:00

12-02-2023, 10:51           
ŞOK İDDİA: Putin bu ölkədə xaos yaratmaq üçün casuslar toplayır12 Fevral 2023 10:00
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkədə xaos yaratmaq üçün Rusiya xüsusi xidmət orqanlarına Böyük Britaniyaya casusların cəlb edilməsini gücləndirməyi tapşırıb.

Bu barədə Publika.az "The Sun"a istinadla xəbər verir.

Jurnalistlər Kremlə yaxın mənbələrdən onlara elektron məktubların gəldiyini iddia edirlər. Onlar külli miqdarda pul müqabilində təxribat törədə biləcək adamların işə götürülməsindən danışırlar.

"Məqsəd Britaniya cəmiyyətinin bütün sahələrində, əsasən də parlamentdə oturanlar da daxil olmaqla, bütün rütbələrdən olan dövlət qulluqçuları və siyasətçilər arasında məxfi mənbələrlə kəşfiyyat işini gücləndirməkdir", - məktubda deyilir.

Mənbənin sözlərinə görə, potensial agentləri Rusiya səfirliyinin diplomatik heyətinə nəzarəti gücləndirməklə aşkar etmək olar.

"Mi-6"nın keçmiş rəhbəri ser Riçard Dirlov deyib ki, casusların məqsədi Ukraynaya dəstək mövzusu ola bilər:

"Onlar Böyük Britaniyaya çox diqqət yetirəcəklər: hökumətin mərkəzində nələrin baş verdiyi, Ukraynadakı müharibəyə münasibətimiz, ukraynalılarla münasibətlərimiz haqqında fikir əldə etmək üçün".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru