Macarıstan XİN: “Avropa Parlamenti dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biridir”

13-02-2023, 09:54           
Macarıstan XİN: “Avropa Parlamenti dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biridir”
Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Siyarto bildirib ki, Avropa Parlamenti dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biridir və onun qətnamələri adətən Avropaya kömək etməkdənsə, ziyan vurur.

O, bu barədə “Kossuth” radiostansiyasında danışıb.

Nazir vurğulayıb ki, AP-nin Avropaya kömək edəcək bəyanatları və qətnamələri çox azdır, quruma etimad isə praktiki olaraq sıfır səviyyəsindədir.

“Son korrupsiya hadisələri açıq şəkildə göstərdi ki, bu, dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biridir. Avropa Parlamentinin qətnamələri adətən Avropaya ziyan vurur”, - nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru