SON DƏQİQƏ: Vikipediya Elşad Abdullayevi "rus agenti" kimi TƏQDİM ETDİ - FOTOFAKT
14-02-2023, 10:21
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, tələbələrin pulları ilə özünə milyonlar qazanan, daha sonra isə vətəninə xəyanət edəeək Fransaya qaçan Elşad İslam oğlu Abdullayevin əsl simasını hətta VİKİPEDİYA da açıq-aşkar ortaya çıxarır.
Gündəmtv.az xəbər verir ki, 1954-cü ildə anadan olan, 2012-ci ildə gizli çəkdiyi videoları ilə Azərbaycan dövlətini gözdən salmağa çalışan, lakin əslində özü ifşa edilən Abdullayevi VİKİPEDİYA vətən xani və "casus" kimi xarakterizə edir.
Rusiya FEDERAL TƏHLÜKƏSİZLİK XİDMƏTİNİN agenti kimi təqdim olunan Elşad Abdullayevin 2005-ci il parlament seçkilərində namizəd kimi uğursuz olduğu bildirilir. Seçki məntəqəsinin rəsmisi təbliğat-təşviqat kampaniyası zamanı Elşad Abdullayevin səs toplamaq üçün seçicilərə rüşvət verdiyi barədə məlumat yayır.
Beləliklə, VİKİPEDİYA Elşad Abdullayev haqqında cinayət işi başladıldığını, məhkəməyə sübutlar təqdim edildiyini, bundan sonra Abdullayevin namizədliyinin ləğv olunduğunu vurğulayır. Gündəmtv.az