ABŞ-ın NATO-dakı səfiri: “Sonda ukraynalılar qalib gələcəklər”

15-02-2023, 00:13           
ABŞ-ın NATO-dakı səfiri:
Bazar ertəsi ABŞ-ın NATO-dakı səfiri bildirib ki, onun ölkəsi Rusiyanın amansız və vəhşi müharibəsindən qorunmaq üçün Ukraynanı “lazım olan hər şeylə” təmin etməyə “sadiqdir”.

“İnanırıq ki, sonda ukraynalılar qələbə qazanacaqlar”,- səfir Julianna Smit ABŞ Dövlət Departamentinin təşkil etdiyi xüsusi onlayn- brifinqdə deyib, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Ukrayna Silahlı Qüvvələrinin bu müharibədəki hərəkətlərindən inanılmaz dərəcədə təsirləndik”, – o deyib. Lakin müharibədə heç bir şey daimi deyil. Ukraynalıların da, rusların da uğurları var.

“Ən əsası, biz ukraynalıların qalib gəlməsi üçün onlara lazım olan dəstəyi göstərməyə davam edəcəyik”, – o deyib.

Turan-ın müxbirinin “ABŞ ayrı-ayrı ölkələr tərəfindən Ukraynaya F16 göndərilməsinə icazə verməyə hazırdırmı?” sualının cavabında səfir Smit deyib: “Biz bunu hər bir suveren ölkənin öz ixtiyarına buraxırıq, Ukraynaya hansı yardımı göstərəcəklərinə özləri qərar versinlər”.

Smitin şərhləri Ukrayna üzrə əlaqə qrupunun bugünkü iclasından öncə səslənib. Səfir bunu ukraynalılardan onların təhlükəsizlik barədə tələblərini və müttəfiqlərin bu ehtiyacları ödəmək üçün nələr etməyə hazır olduqlarını dinləmək üçün daha bir imkan adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.