Avropa Parlamenti Saakaşvili ilə bağlı qətnamə qəbul etdi

16-02-2023, 00:00           
Avropa Parlamenti Saakaşvili ilə bağlı qətnamə qəbul etdi
Avropa Parlamenti (AP) Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ilə bağlı qətnamə qəbul edib.

Teref.az APA-ya istinadən xəbər verir ki, sənəddə sabiq prezidentin səhhətinin pisləşməsindən narahatlıq ifadə olunub və Gürcüstan hakimiyyətinə Saakaşvilinin azadlığa buraxılaraq xaricdə müalicə alması üçün şərait yaratmaq çağırışı edilib.

Qətnamədə Gürcüstan Prezidenti Salome Zurabişviliyə də konstitusion hüququndan istifadə edərək Mixeil Saakaşvilini əfv etməsi çağırışı edilib.

Qeyd olunub ki, Mixeil Saakaşvilinin azadlığa buraxılması Gürcüstanda siyasi qütbləşməni azaldacaq. Parlamentarilər bu məsələnin Gürcüstanın Aİ namizədliyi perspektivlərini ləngitmək riski yaratdığını da qeyd ediblər.

Vurğulanıb ki, sabiq Prezident Saakaşvili kimi məhbuslara münasibəti Gürcüstanın Avropa dəyərlərinə sadiqliyinin testidir. Bu gün səsə qoyulan qətnaməni 577 deputat dəstəkləyib. 33 deputat sənədin əleyhinə səs verib, 26 deputat isə bitərəf qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru