Kreml indi də tələbələri “tora salır” - Orduya çağırılmaq üçün “könüllü ərizə” yazdırılır

16-02-2023, 09:04           
Kreml indi də tələbələri “tora salır” -
“Rusiyada hərbi komissarlıqlar təhsil müəssisələri rəhbərləri ilə birgə tələbələri vaxtından əvvəl orduya çağırılmaları üçün ərizə yazmağa vadar edirlər. Bu, həmin gəncləri yayda, təhsil ili bitəndən sonra yox, artıq apreldə orduya cəlb etməyə imkan verəcək”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiyanın “Verstka” nəşri yazıb.

Xəbərdə deyilir ki, xüsusilə Moskvadakı kolleclərin son kursunda oxuyan tələbələr vaxtından əvvəl tibbi komissiya və çağırış komissiyasından keçmək və asanlıqla imtahan verərək, təhsili başa vurmaqla şirnikləndirilir. Bundan sonra isə onlara dərhal hərbi komissarlığa çağırış vərəqəsi verilir.

Rusiyalı hüquq müdafiəçiləri bildirirlər ki, bu yolla gəncləri aldadır və ordu sıralarına vaxtından əvvəl cəlb edirlər ki, bir müddət sonra da onları Ukraynadakı müharibəyə göndərsinlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru