KİV: ABŞ Ukraynaya auditorlar göndərəcək

18-02-2023, 10:34           
KİV: ABŞ Ukraynaya auditorlar göndərəcək
ABŞ yardımların monitorinqini aparmaq üçün Ukraynaya auditor qrupu göndərə bilər.

Bu barədə “The Wall Street Journal” məlumat verib.

Pentaqondan bildirilib ki, Polşa və Almaniyada olan 177 auditorun bir qismi Ukraynaya göndərilə bilər. Çünki distant yolla hərtərəfli nəzarət həyata keçirmək mümkün deyil.

Qeyd edilib ki, hələlik ABŞ yardımları ilə bağlı böyük həcmli dələduzluq və qanunsuz davranışlarla bağlı məlumat daxil olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.