Pelosi “F-16” qırıcılarının Ukraynaya təhvil verilməsinin tərəfdarıdır

19-02-2023, 11:53           
Pelosi “F-16” qırıcılarının Ukraynaya təhvil verilməsinin tərəfdarıdır
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi “F-16” qırıcı-bombardmançı təyyarələrinin Ukraynaya verilməsinin tərəfdarı olduğunu bildirib.

Münhen Təhlükəsizlik Konfransında çıxış edən Pelosi qeyd edib ki, 2022-ci il ərzində ABŞ qanunvericiləri ardıcıl olaraq Ukraynanın hərbi dəstək tələblərini yerinə yetirmək üçün çalışıblar.

“İndi biz “F-16”nın göndərilməsinə nail olmaq istəyirik. Mən bunu tam dəstəkləyirəm və ümid edirəm ki, həyata keçiriləcək. Hələ qərar verilməyib, lakin bu məsələ birinci dərəcəli əhəmiyyət kəsb edir”.

Konqresmen hesab edir ki, artıq ukraynalı pilotlar “F-16”dan istifadə etmək üçün təlimə başlamalıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru