“Yeddilik” ölkələri: Rusiyaya qarşı sanksiyalar daha da gücləndiriləcək

19-02-2023, 11:38           
“Yeddilik” ölkələri:
“Yeddilik” (G7) ölkələri Münhendə keçirilən danışıqlarda Ukrayna ətrafında yaranmış vəziyyətə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları daha da gücləndirmək barədə razılığa gəliblər.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Həmçinin G7 ölkələri Rusiya Federasiyasının məsuliyyətsiz nüvə ritorikasının yolverilməz olduğunu bəyan edərək, ondan istifadənin ciddi nəticələrə səbəb olacağını qeyd ediblər.

“Biz Ukrayna hakimiyyətinə bundan sonra da kömək etmək əzmindəyik” - G7 ölkələrinin XİN başçılarının imzaladığı birgə sənəddə yazılıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru