Bayden Rusiyanın yaxınına gəlib Putinə nə deyəcək?

20-02-2023, 09:24           
Bayden Rusiyanın yaxınına gəlib Putinə nə deyəcək?
“ABŞ Prezidenti Co Bayden bu həftə "çox mənalı" müraciət edəcək”.

Bunu dövlət katibi Entoni Blinken deyib.

Bundan əvvəl “Dziennik Gazeta Prawna” qəzeti Amerika liderinin Ukraynada müharibənin ildönümündə ukraynalı həmkarı Vladimir Zelenski ilə Polşada görüşəcəyini yazmışdı. Ağ Ev daha sonra Baydenin fevralın 20-22-də Polşaya səfərini təsdiqləyib.

Öz növbəsində Ağ Evin sözçüsü Con Kirbi qeyd edib ki, Bayden Polşada çıxış edərək Rusiya Prezidenti Vladimir Putinə və ruslara müraciət edə bilər.

Xatırladaq ki, fevralın 24-də Ukraynada Rusiyanın başlatdığı müharibənin birinci ildönümüdür.

Fevralın 21-də Rusiya Prezidentinin Federal Məclisə müraciəti açıqlanacaq. Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, əsas mövzular ən aktual məsələlər, o cümlədən müharibə, ölkənin iqtisadiyyatı və sosial problemləri olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru