ABŞ Səfirliyi: “Birləşmiş Ştatlar-Azərbaycan xalqları arasında davamlı əməkdaşlığa niyyətliyik”

20-02-2023, 08:49           
ABŞ Səfirliyi: “Birləşmiş Ştatlar-Azərbaycan xalqları arasında davamlı əməkdaşlığa niyyətliyik”
“ABŞ və Azərbaycan xalqları arasında davamlı əməkdaşlıqda niyyətliyik”.

Cebhe.info xəbər verir ki, bu fikir ABŞ-ın Azərbaycandakı Səfirliyinin feysbuk hesabında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 31 ildönümü münasibətilə paylaşımında yer alıb.

“1992-ci ilin bu günündə ABŞ və Azərbaycan arasında diplomatik əlaqələr qurulub. Keçən ilki ikitərəfli münasibətlərimizin 30-cu ildönümünün qeyd olunmasını bitirərkən biz enerji təhlükəsizliyin təminatı, transmilli təhdidlərlə qarşı mübarizə, ticarət və investisiyalar vasitəsilə rifahı artırmaq, fundamental azadlıqları dəstəkləmək və ABŞ və Azərbaycan xalqları arasında əlaqələrin qurmaq kimi sahələrdə davamlı əməkdaşlıq etməyə niyyətliyik”, - paylaşımda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru