Bakı Tührandan təkcə “maşa”nın yox, “maşanı tutan əl”in də cəzalandırılmasını tələb edir

21-02-2023, 00:03           
· Bakı Tührandan təkcə “maşa”nın yox, “maşanı tutan əl”in də cəzalandırılmasını tələb edir
Bakı Tehrandan səfirliyimizə qarşı törədilən terror aktına görə təkcə “maşa”nın yox, “maşanı tutan əl”in də cəzalandırılmasını tələb edir.
Əliyev yerli telekanallara müsahibəsində bunu açıq şəkildə bəyan etdi və bildirdi ki, yalnız bundan sonra münasibətlərin normallaşmasından danışa bilərik: “Terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır”.
Terror aktı baş verəndə də yazmışdıq: hücumun arxasında Azərbaycanla gərginliyin davam etməsində maraqlı olan SEPAH-ın dayandığı ehtimalı böyükdür. Əliyev də Tehrana “terror aktının sifarişçilərinin kim olduğunu bilirik” mesajını verir.
Azərbaycan münasibətlərin normallaşması üçün haqlı olaraq, “maşanı tutan əlin” də cəzalandırılmasını tələb edir. Çünki terakt İran rejiminin iddia etdiyi kimi “məişət hadisəsi” qədər bəsit deyil və Tehran əlaqələrin bərpasını istəyirsə, öz içindəki sabotajçıları neytrallaşdırmalıdır.
Hərçənd, terrorçudan müsahibə alan və mühakimə etməmək üçün xəstəxanaya yerləşdirən İran rejiminin bunu edəcəyi gözləntisi azdır. Bu da Bakı-Tehran xəttində gərginliyin uzun müddət davam edəcəyi deməkdir.
Asif Nərimanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru