Rusiya özünə təsəlli verir: “Bayden sülh danışıqları üçün gəlib”

21-02-2023, 09:44           
Rusiya özünə təsəlli verir:
Rusiya ümid edir ki, ABŞ prezidenti Co Bayden Ukrayna rəhbəri Vladimir Zelenskini sülh danışıqlarına başlamağa çağıracaq.

Pressklub.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Svetlana Jurova Amerika liderinin Kiyevə səfərinə münasibət bildirərkən deyib.

“Belə görünür, Kiyev Krıma hücum üçün razılıq almaq istəyir. Belə başa düşürəm ki, ABŞ buna razılıq vermir. Bunu müzakirə edə bilərlər. Ola bilsin, Bayden hansısa yolla sülh danışıqlarına çağıracaq. Ən pis variant, əksinə, genişmiqyaslı maliyyə və hərbi yardımı elan edəcək”, – deyə deputat təklif edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.