Bayden inanılmaz rəqəm açıqladı: “Ukraynaya 700-dən çox tank veriləcək”

21-02-2023, 08:17           
Bayden inanılmaz rəqəm açıqladı:
ABŞ Ukraynaya 700 tank, eləcə də zirehli texnika, artilleriya sistemləri və sursat təhvil verəcək.

Pressklub.az ura.news-a istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

“Qərb müttəfiqləri ilə birlikdə biz 700 tank və minlərlə zirehli texnika yığmışıq”, – “Ukrayna Online” teleqram kanalı Baydenin sözlərini istinad edir. ABŞ prezidenti əlavə edib ki, Vaşinqton həmçinin Ukrayna ordusuna minə yaxın artilleriya sistemi və 2 milyondan çox artilleriya sursatı verəcək.

“Hərbi yardım paketinə həmçinin 50 raket sistemi və hava hücumundan müdafiə sistemi daxil olacaq”, Bayden yekunlaşdırıb.

Bundan əvvəl, Co Bayden Ukraynaya 500 milyon dollar məbləğində hərbi yardım göstəriləcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru